Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb

XİN-də diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti mərhələsi başlayıb


Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Newscenter.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.
Xəbəri paylaş