Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda pomidor sahələrinin güzəştli sığortası başlayıb

Azərbaycanda pomidor sahələrinin güzəştli sığortası başlayıb


Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq pomidor sahələrinə sığorta təminatı verməyə başlayıb. Digər əkinlərdə olduğu kimi, pomidor üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Newscenter.az xəbər verir ki, Aqrar sığorta pomidor əkinlərini çoxsaylı risklərdən qoruyur. Belə ki, təminat verilən risklər sırasına dolu, sel-su basma, ildırım, yanğın, qasırğa, fırtına, zəlzələ, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
malikdirlər.

Belə ki, pomidorun əkin sahəsinin 87.1%-i (17.6 min ha) açıq, 12.9%-i (2.6 min ha) isə örtülü torpaqların payına düşüb.
Ölkə üzrə cəmi pomidor istehsalının 50%-dən çoxu Şəmkir (21.0%), Abşeron (13.9%), Bakı (10.8%), Xaçmaz (8.2%) və Göyçay (5.0%) payına düşüb.

2021-ci ildə açıq torpaqlarda pomidorun məhsuldarlığı 2015-ci ilə nisbətən 8.1% artıb, 2020-ci ilə nisbətən isə 3.1% azalaraq 204.3 sent/ha olub. 2021-ci ildə Azərbaycandan pomidor ixracı 2020-ci ilə nisbətən 22.6% azalaraq 145.2 min ton olub.

Bu da öz növbəsində aqrar sığorta imkanlarından istifadəni zəruriliyini bir daha əks etdirir.

Misal: Məhsuldarlığı 100 sentner, 1 sentnerin qiyməti 50 manat, yəni ümumilikdə 5 000 manatlıq məhsul gözlənilən 1 ha. süfrəlik pomidor təsərrüfatının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 50.50 - 120.75 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 25.25 - 60.38 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, femerə 4 500 manatadək sığorta ödənişi edilə bilər.

Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.

Sevinc
Xəbəri paylaş