Almaniya polisi əvvəllər Roman Abramoviçin olan hazırda Azərbaycanlı əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus “Luna” yaxtasını "Luna" superyaxtasını Hamburq limanında həbs ediblər.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Qubad İbadoğlu deyib ki, Süddeutsche Zeitung qəzeti limandan çıxması qadağan edilən yaxtanın qiyməti təxminən 400 milyon avro qiymətləndirilir:
"Yaxtanın doqquz göyərtəsi, böyük hovuzu var. Bu yaxta bir vaxtlar Fərhad Əhmədov xanımından ayrılarkən ailə əmlakının bölüşdürülməsi zamanı da mübahisə obyekti olmuş və Fərhad Əhmədovun mülkündə qalmışdı. Yeri gəlmişkən, boşanmadan sonra Forbes jurnalı Fərhad Əhmədovun sərvətini 1,4 milyard dollar dəyərləndirib".
Qubad İbadoğlu bildirib ki, 1,4 milyard dollarlıq sərvətin 500 milyon dollara qədərini 1 superyaxta təşkil edir, onu da itirən Fərhad Əhmədovun bundan sonra adı Forbesin növbəti dəyərləndirməsində milyaderlər siyahısından çıxarılacaq.
Mehman