Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" Binəqədi sahibkarlarının problemlərini dinləyəcək

"Azəriqaz" Binəqədi sahibkarlarının problemlərini dinləyəcək


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Binəqədi rayonunda təşkil olunacaq.

Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sevinc
Xəbəri paylaş