Dövlət Gömrük Komitəsi 2022-ci ilin yanvar-aprel ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 119,92 faiz yerinə yetirib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Komitə sədri Səfər Mehdiyev özünün tvitter hesabında paylaşıb. DGK sədri qeyd edib ki, nəticədə 1 milyard 641,44 manat vəsait dövlət büdcəsinə köçürülüb:
"Bu da nəzərdə tutulan proqnozdan 272,64 milyon manat artıq deməkdir"
Sevinc