Mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB Fest sərgi-satış yarmarkası keçirəcək.
Bu barədə Newscenter.az-a qurumdan bildirilib.
Məlumata görə, yarmarkada Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin, bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, mədəni-əyləncəli proqram təşkil ediləcək.
“KOB Fest”in təşkilində məqsəd Gəncə və ətraf rayonların KOB subyektlərinin istehsal etdiyi məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
Gəncə şəhərində Xan bağının ərazisində təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-a qədər ziyarətçilər üçün açıq olacaq.
Sevinc