Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş baş tutub.
Newscenter.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycan Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının, "ASAN Könüllüləri" Təşkilatının və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Ulu öndərlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə Heydər Əliyevin hər bir görüşünün, söhbətinin böyük məktəb olduğunu, onun məmləkətini hər zaman dünya ictimaiyyətinə tanıtdığını vurğulayıb. Diqqətə çatdırlıb ki, ulu öndər hər zaman gənclərin fikirlərinə önəm verib və Azərbaycanın gələcəyinin məhz gənclər olduğunu bildirib.
Görüş müzakirələr və sual-cavab ilə davam etdirilib.
Sevinc