Tarix sərvətdir, milli irsdir, onu yaradan, yaşadan isə şəxsiyyətlərdir. Bu mənada qürur hissi ilə qeyd etmək olar ki, Şərq xalqları bəşər sivilizasiyasına, onun mədəni mirasına mühüm töhfələr verən tarixi şəxsiyyətlər yetişdiriblər. Elə həmin şəxslər də yeni tarix yazaraq tarixin yaddaşına əbədi həkk olunublar, milli yüksəlişə, tərəqqiyə, intibaha aparan yolda silinməz izlər buraxıblar. Tanrı uzun illər – tarix boyu müxtəlif istilalara, işğallara, assimilyasiya cəhdlərinə məruz qalan Azərbaycan xalqına da bu xoşbəxtliyi bəxş edib. Xoşbəxtliyimiz ondadır ki, xalqımızın parlaq simalarının – şəxsiyyətlərinin çiyinləri üzərində intibah zirvəsinə ucalan Azərbaycan öz övladları ilə ali məqama yetişib, özünün ali dəyərlərini – milli və bəşəri ənənələrini yaşadıb. Azərbaycan adlı məmləkətin müstəqillik dövrü isə bu baxımdan bənzərsiz nümunələrlə zəngindir.
Müstəqil Azərbaycan bizim milli-siyasi sərvətimizdir. Bu sərvəti isə unikal dəyərlərimiz olan tarixi şəxsiyyətlərimiz sayəsində yaratmışıq, qorumuşuq və qoruyuruq. Mübahisəsiz qəbul edilən fikir var: müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bəli, bu, həqiqətən belədir. Bu müstəqillik yolunda qazandığımız misilsiz uğurlar Heydər Əliyevin adı, fəaliyyəti, irsi və ideyaları ilə bağlıdır. Həmçinin Azərbaycanı yüksəldən, zənginləşdirən, gücləndirən amil Ümummilli Liderin əvəzsiz mirasıdır. Miras isə layiqli varis sayəsində yaşayır və yaşadılır. O, güclü, qətiyyətli Lider, vətənpərvər şəxsiyyət, layiqli siyasətçi və müdrik dövlət xadimi cənab İlham Əliyevdir. Azərbaycanın Lideri təkcə milli inkişaf modelinin müəllifi deyil, həm də son 2 əsrdə ilk dəfə torpaqlarımızı işğaldan azad etmiş yenilməz Sərkərdə - Müzəffər Ali Baş Komandandır. Cənab İlham Əliyev Ulu Öndərin müasir simasıdır. Prezident İlham Əliyevin xoşbəxtliyi təkcə güclü və nüfuzlu Azərbaycan hədəfinə çatmaqda, milyonların sevgisini, rəğbətini qazanmaqda deyil, həm də Mehriban Əliyeva kimi Heydər Əliyev ideyalarının və milli-mənəvi dəyərlərin daşıyıcısı olan ömür-gün yoldaşına, böyük dayağa və silahdaşa sahib olmasındadır.
Yazılarımın birində Mehriban xanım Əliyevanın əslindən-nəslindən, şəcərəsindən bəhs edərək onu Azərbaycanın qeyrət simvolu adlandırmışdım. O, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsi, dəyərli alim Aida İmanquliyevanın övladı kimi böyük bir şəcərənin davamçısı – Azərbaycan xalqının fəxridir. Mehriban xanım daxili dünyası – nəcibliyi, qeyrəti, ləyaqəti və torpağına, yurduna bağlılığı ilə fərqlənir. O, həm milli dəyərlərimizi tərənnüm etdirir, həm adətlərimizi, tariximizi yaşadır, həm də yenilik, müasirlik nümunəsidir. Azərbaycanın birinci xanımı statusunu ləyaqətli daşıyan Mehriban Əliyevanın fərdi portret cizgiləri zəngin, rəngarəng, özünəməxsus və bənzərsizdir. O, həm Azərbaycan qadınının layiqli obrazı – qeyrət simvolu, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi öz üzərinə düşən ictimai, siyasi, mədəni, humanitar və digər vəzifələri layiqincə yerinə yetirərək etalon yaradıb.O, Birinci vitse-prezident postunda vəzifə səlahiyyətlərini uğurla yerinə yetirməklə yanaşı, xeyirxah və müqəddəs missiyasını da davam etdirir. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, yardıma ehtiyacı olanlara şəfqət, qayğı, diqqət və mərhəmət göstərir, kömək edir – dəstək verir, müsbət nümunə yaradır, ənənələrimizi yaşadır və gücləndirir.Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyeva indiyə qədər bir çox sorğularda müxtəlif nominasiyalar üzrə qalib olub, onun fəaliyyətinə adekvat və yüksək qiymət verilib.
Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyeva indiyə qədər bir çox sorğularda müxtəlif nominasiyalar üzrə qalib olub, onun fəaliyyətinə adekvat və yüksək qiymət verilib. Bu, birinci xanımın müsbət beynəlxalq imicinin göstəricisidir. Bunlarla yanaşı, o, Azərbaycanın ən yüksək təltiflərinə - “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb, müxtəlif ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Amma Mehriban xanım Əliyevanın ən böyük mükafatı ona ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti - sevgisidir. O, özünün dediyi kimi, bu sevgidən ilham alır, peşəkar fəaliyyətini bu stimul əsasında uğurla, yorulmadan və böyük şövqlə davam etdirir.
Aygül Bağırova
AJB üzvü