Dünya bazarında Texasın xam neftinin 1 barreli 104,53 dollara, Britaniyanın Brend xam neftinin 1 barreli 106,84 dollara, Azərbaycanın Azeri Light xam neftinin 1 barreli 112,03 dollara satılıdığı halda Rusiyanın ESPO xam neftinin 1 barreli 74,46 dollara satılıb. İyulun 1-ə olan fyuçers müqavilələrində iyul ayı üçün London birjasında Brend xam neftinin 1 barrelinin qiyməti 106,62 dollara göstərildiyi halda Rusiyanın Lukoyl şirkəti ilə xam neftinin 1 barrelinin qiyməti 4600 rubl və ya bugünkü kursla 68,85 dollar müəyyənləşdirilib.
Rusiyanın atran müharibə xərcləri və cari məsrəfləri müqabilində neft-qaz gəlirləri də gözlənildiyindən ağağıdır. Belə ki, Rusiyanın Maliyyə Nazirliyi may üçün əlavə neft-qaz gəlirlərindən 414 milyard rubl daxil olacağını proqnozlaşdırmasına baxmayaraq mart ayında həmin mənbədən büdcəyə 300 milyard rubldan az vəsait daxil olub, bu göstərici aprel ayında da gözlənildiyindən 133,1 mlrd. rubl az olub.
Neftin dünya bazar qiymətinin 100 dolları ötməsi fonunda əlavə neft gəlirlərində müşahidə olunan azalmanın səbəbini Rusiya Maliyyə Nazirliyi izah etməsə də məlumdur ki, belə vəziyyət satışların azalması və qiymət fərqi ilə əlaqədadır. Belə ki, Maliyyə Nazirliyinin əvvəllər dərc etdiyi məlumatlardan məlum olur ki, aprel ayında Rusiyanın Urals neftinin qiyməti Brent markalı neftin qiymətindən təxminən 33 faiz aşağı olub.
Beləliklə də ötən ay üzrəRusiyanın federal büdcəsinin gəlirlərininin formalaşmasında proqnozdan kənarlaşma rekord 302 milyard rubl təşkil edib. Maliyyə Nazirliyi bunu böhrandan əvvəlki proqnozla müqayisədə qaz ixracının aşağı düşməsi, habelə ƏDV rejimi üzrə mədaxilin aşağı dinamikası ilə əlaqələndirib.
Bəziləri deyirdi ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri böyük deyil. Hələ bu başlangıcdır. Rusiya düşdüyü bataqlıqdan hələ 10 illərlə çıxa bilməyəcək. Hər şey heç də göründüyü kimi yaxşı və sadə deyildir.
Qubad İbadoğlu-iqtisadçı