Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Ulu Öndərin arzuları və Qarabağa gedən yol

[center]Sədaqət Vəliyeva: Ulu Öndərin arzuları və Qarabağa gedən yol[/center

Cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etməsi artıq xoş bir ənənə halına çevrilib. Mayın 10- da Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva növbəti dəfə Füzuli və Şuşa şəhərlərinə səfər ediblər. Səfərin Ümumili Liderimiz, Azərbaycan xalqının dühası Heydər Əliyevin ad günündə baş tutması, ölkə başçısının, Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdikdən sonra səfərə başlaması böyük əhəmiyyətə malik hadisə kimi tarixə düşdü.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bütün bunlar, ataya olan sevginin, onun arzularına olan yüksək hörmətin nümunəsidir. Eyni zamanda Ölkə başçısı cənab İlham Əliyevin Ulu Öndərin torpaqlarımızın işğaldan azad olunması arzusunu necə böyük sevgi ilə yerinə yetirdiyinin göstəricisidir:

“Ali Baş Komandan cənab İlham Əliyev vətənə olan sevgisi ilə yanaşı uzaqgörən, müdrik siyasəti ilə torpaqlarımızı minimum itkilər ilə düşmən işğalından azad etdi. Bu gün dünyada qeyri-sabit geosiyasi proseslərin, müharibələrin, qarşıdurmaların şahidi oluruq. Lakin buna baxmayaraq Azərbaycanda sabitlik, inkşaf hökm sürür və ölkəmiz dünyada baş verən qeyri-sabit proseslərin mənfi təsirlərindən kənardadır. Əlbətdə bütün bunlar, möhtəbər Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, müdrik siyasətin nəticəsidir.”

Səfər çərçivəsində Cənab Prezident İlham Əliyev bir sıra infrastruktur layihələrinin açılışında iştirak etdi, bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Ölkə başçısı mütəmadi olaraq işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri ilə maraqlanır, bütün işlərə birbaşa özü nəzarət edir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünyada ikinci belə bir prezident yoxdur ki, bütün bərpa quruculuq işlərinə birbaşa özü nəzarət etsin və daima bu proseslə maraqlansın. İşğaldan azad olunan ərazilərdə gedən sürətli bərpa-quruculuq işləri sübüt edir ki, çox qısa zamanda bu torpaqlar cənnətə çevriləcək:

“Bu gün cənab Prezident İlham Əliyev atdığı hər addımı ilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının ona göstərdiyi etimadı doğrultmuş, böyük sədaqət və etibar nümunələri yaratmışdır.”

Ruhiyyə
Xəbəri paylaş