Mayın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Sabirabad rayonunda vətəndaş qəbulu keçirəcək.
Newscenter.az xəbər verir ki, qəbulda Sabirabad, Saatlı, Salyan rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbulda imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat, şəhid ailə üzvünün vəsiqəsi ilə təmin edilmə, “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətlər cavablandırılacaq.
Qəbula yazılmaq üçün adı qeyd edilmiş rayonların sakinləri mayın 13-dək (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon filialının inzibati binasına yaxınlaşa bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Sevinc