Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində "Hyundai" markalı mikroavtobus qəza törədib.
Newscenter.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: "Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb".
Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "METAK" şirkətinin əməkdaşları olub. Mikroavtobus da həmin şirkətə məxsus olub.