Türkiyə Qazaxıstanla ticarət dövriyyəsinin həcmini 10 milyard dollara çatdırmağı planlaşdırır.
Newscenter.az-ın məlumatına görə, "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında deyib.
"Ümid edirəm ki, birlikdə atdığımız addımlarla 10 milyard dollarlıq hədəfə çatacağıq", - Türkiyə lideri bildirib.
Mayın 10-da Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi keçirilib.