Türkiyənin Manisa əyalətində fabrik işçilərini daşıyan avtobus yük avtomobili ilə toqquşub.
Newscenter.az-ın məlumatına görə, “Report”un “Haber Global”a istinadən xəbərinə görə, hadisə Turqutlu rayonunda baş verib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 30 nəfər yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb edilib. Yaralılar Turqutlu Dövlət Xəstəxanasına və yaxınlıqdakı özəl xəstəxanalara aparılıb.