Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini Gündüz Mehdiyev və başqaları Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, ölkəmizin uzunmüddətli inkişaf yoluna çıxarılması istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP ölkəmizin inkişafında mühüm xidmətlər göstərir və partiya sıralarına qoşulanların sayının daim artması partiyaya olan böyük inam və etimadın təzahürüdür.
Sonra Mərkəzdə çalışan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib. Partiyaya üzv qəbul edilən əməkdaşlar da YAP-ın prinsiplərinə uyğun olaraq fəaliyyətlərində azərbaycançılıq, dövlətə sədaqət prinsiplərini daim uca tutacaqlarını vurğulayıblar. Tədbirdə eyni zamanda Mərkəzdə çalışan qazilər də təltif olunublar.
Ruhiyyə