Kosova prezidenti Vjosa Osmani Litvaya səfər edib.
Newscenter.az Kosova prezidentinin facebook səhifəsinə istinadən xəbər verir ki, səfər zamanı Vjosa Osmani ilə Litva prezidenti Gitanas Nauseda arasında görüş keçirilib.
Görüş barədə təəssüratlarını bölüşən Vjosa Osmani deyib ki, litvalı həmkarı ilə görüşdə ikitərəfli münasibəıtlərin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran bir sıra msəsələlər ətrafında fikir mübadiləsi aparılıb:
"Litva həm Avroatlantik məkana inteqrasiya prosesində, həm də beynəlxalq təşkilatlarda Kosovaya dəstək verir. Biz iki dövlət, Kosova və Litva olaraq Rusiyanın Ukraynadakı cinayətlərini pisləyirik".
Kosova prezidenti əmin olduğunu bildirib ki, bu səfər ölkəsi ilə Litva arasında münasibətlərdə yeni bir səhifə açacaq.
Mehman