Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimov KİV-lərə nə üçün pul paylasın?

Mübariz Mənsimov KİV-lərə nə üçün pul paylasın?


Bir xeyli müddətdir ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti, tanınmış iş adamı Mübariz Mənsimov qara piar kampaniyası ilə üz-üzədir. Mənsimovun həbsdən azad edilməsindən sonra yenidən rəhbərlik etdiyi şirkəti dirçəltməsi və beynəlxalq əhəmiyyətli layihələrə, yeni-yeni biznes fəaliyyətlərinə imza atması ənənəvi antimənsimovçuları hərəkətə gətirib. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, antimənsimovçular medianı da bu prosedə alətə çeviriblər.

Davamlı olaraq Mübariz Mənsimovu qaralamağa, onun fəaliyyətinə kölgə salmağa çalışan həmin dairələr indi də belə bir cəfəng fikir ortaya atıblar ki, guya Mübariz Mənsimov özünüreklam məqsədilə Azərbaycanda fəaliyyət göstərən bir sıra KİV-lərə pul verir. Həqiqətən də gülüncdür.
Birincisi, Mübariz Mənsimov iş dünyasına yeni atılmış birisi deyil ki, onun reklama ehtiyaca olsun. Yaxud Mübariz Mənsimov biznes həyatına yeni ayaq basmış iş adamı deyil ki, gördüyü işləri cəmiyyətə, insanlara çatdırmaq üçün mediada, KİV-lərdə reklamına üstünlük versin. Hər kəsə, bu gün Mübariz Mənsimov əleyhinə formalaşmış şəbəkəyə də bəllidir ki, o, uzun illərin iş adamı, biznesmenidir. Rəhbərlik etdiyi “Palmali” Qrup fəaliyyət göstərdiyi bu illər ərzində yüzlərlə irili-xırdalı uğurlara imza atıb və həmin uğurlardan da bütün cəmiyyət məlumatlıdır. Ona görə də Mübariz Mənsimovun özünüreklam məqsədilə KİV-lərə pul ayırması iddiası cəfəngdir.

İkincisi, Mübariz Mənsimov həbsdən əvvəl də, həbsdən sonra da mümkün qədər KİV-lərdən uzaq olmağa çalışıb. Gördüyü işlərin reklamına ehtiyac duymayıb. Necə ki, son aylar şirkətinə məxsus bir neçə tankerə Vətən müharibəsi şəhidlərinin adlarını verib dünya sularına buraxanda da bu tarixi hadisələrin maksimum dərəcədə mediadan xəbərsiz baş tutmasına çalışıb. Lakin bütün cəhdlərə baxmayaraq Türkiyə KİV-ləri, televiziya kanalları Mənsimovun bu addımını geniş şəkildə işıqlandırıblar. Məhz Türkiyə mediası vasitəsilə Azərbaycan cəmiyyəti də bu xoşməramlı əməllərdən xəbərdar olub. Məhz bu amili, Türkiyə mediası, televiziyalarında Mənsimovun gördüyü işlərin kifayət qədər təbliğ edildiyini nəzərə alaraq bir daha deyə bilərik ki, “Palmali” rəhbərinin özünüreklm məqsədilə Azərbaycan KİV-lərinə pul ayırması iddiası kökündən yalnışdır.

Təsəvvür edin, 80 milyonluq bir ölkədə əksər televiziyalar, eləcə də yazılı və onlayn media sənin gördüyün işləri işıqlandırıb cəmiyyətə çatdırırsa, o zaman əlavə maddiyat sərf edib özünüreklama ehtiyacın ola bilərmi? Əlbəttə ki, yox. Odur ki, bütün yazılanların qarayaxma kampaniyasından başqa bir şey olmadığını əminliklə söyləmək olar. Elə Mübariz Mənsimovun guya Azərbaycan KİV-lərinə pul paylayan adamının adı ətrafında yaradılan hay-küy də belə deməyə əsas verir. İddia olunur ki, Mənsimovun KİV-lərə pul paylayan adamı “Palmali” rəhbərinin dostu və həmyerlisi, “Ləvəngi” restoranının sahibi Hacı Səxavətdir. Ardınca isə Hacı Səxavətin AXCP sədri Əli Kərimlinin tələbə yoldaşı olduğu bildirilir və dolayısıyla Mənsimov Əli Kərimli ilə əlaqələndirilir. Ancaq unudulur ki, Əli Kərimli ilə kiminsə tələbə yoldaşı olması heç də həmin şəxsin Kərimli kimi düşünməsi demək deyil. Hətta ailədə ata oğulun törətdiyi cinayətə görə cavabdeh sayılmır. Yaxud oğul atanın törətdiyi cinayət səbəbindən məsuliyyətə cəlb edilmir. O halda Mənsimovun dostunun Əli Kərimli ilə tələbə yoldaşı olmasının xüsusi qabardılması da doğru yanaşma deyil.

NEWSCENTER.AZ
Xəbəri paylaş