Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində Rusiya vətəndaşı olan qadın itkin düşüb.
Newscenter.az-ın məlumatına görə,“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Olqa Sannikova adlı Rusiya vətəndaşı Xankəndində yaşayır. O, mayın 9-da Qarqar çayının sahilində itkin düşüb. Qadının axtarışları hələlik heç bir nəticə verməyib.