Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda nəşriyyat rəhbərləri baş nazirin qərarı ilə bağlı toplandı

Azərbaycanda nəşriyyat rəhbərləri baş nazirin qərarı ilə bağlı toplandı


Azərbaycan Xalça Muzeyində Azərbaycan Yaradıcı Sənayelər Federasiyası Azərbaycan Nəşriyyatlar Assosiasiyası, Hədəf Nəşriyyatı, Parlaq İmzalar Nəşriyyatı, Qanun Nəşriyyatı, Alatoran Nəşriyyatı, Altun Nəşriyyat Evi və Qədim Qala Nəşriyyat Evinin nümayəndələri ilə görüş keçirib.

Newscenter.az-a Azərbaycan Yaradıcı Sənayelər Federasiyasından bildirilib ki, görüşdə nəşriyyat və kitab sənayesi sahəsində aktual məsələlər, həmçinin son zamanlar aktual mövzu kimi kağız idxalı və satışının ƏDV-dən azad edilməsi məsələsi də müzakirə edillib. Nəticə olaraq, sahənin çətinlikləri və imkanlarının öyrənilməsi məqsədilə əhatəli tədqiqat işinin aparılması qərara alınıb.

Gün ərzində görüşdə qaldırılan məsələ - kağız idxalı və satışının ƏDV-dən azad edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı”nın təsdiq edilməsi barədə Qərarı oldu ki, bu da nəşriyyatçılar tərəfindən yüksək dəyərləndirilir.

Sevinc
Xəbəri paylaş