Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.