Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkəsən və Göygöldə KOB dostları fəaliyyətə başlayıb

Daşkəsən və Göygöldə KOB  dostları fəaliyyətə başlayıb


Bu gün Daşkəsən və Göygöl rayonlarında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları fəaliyyətə başlayıb.

Newscenter.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.

Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.

Sevinc


Xəbəri paylaş