Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan 20 idmançı Bakı Marafonunda iştirak edəcək

Gürcüstandan 20 idmançı Bakı Marafonunda iştirak edəcək


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə 2021-ci ildə Gürcüstanda 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Marafon keçirilib. Marafon Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi şəhərindəki parkdan Rustavi şəhərindəki parkadək həyata keçirilib.

Newscenter.az xəbər verir ki, marafonda 30 km məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər Səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunublar. Marafonda 8 ölkədən 300-ə yaxın idmançı və həvəskar iştirak edib.

Qeyd olunan Marafonda iştirak edən idmançılardan 20 nəfəri Səfirliyə müraciət edərək, ənənəvi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən Bakı Marafonunda iştirak etmək istədiklərini bildiriblər.

Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə ümumilikdə 20 nəfər olmaqla - 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 nəfər Gürcüstan vətəndaşı 2022-ci ilin 13 may tarixində Səfirliyin qarşısından Bakı şəhərinə yola salınıblar.

Qeyd etmək lazımdır ki, 2016-cı ildən təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı Marafonu bu il fərqli marşrutda təşkil ediləcəkdir. Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçiriləcəkdir.

Mehman
Xəbəri paylaş