Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kriptovalyuta bazarında təlatüm başlayıb

Kriptovalyuta bazarında təlatüm başlayıb


"Kriptovalyuta bazarında təlatüm başlayıb. 1 saylı kriptovalyuta olan bitcoin əhəmiyyətli dərəcədə ucuzlaşıb".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı Qubad İbadoğlu deyib ki, kəskin eniş ABŞ-ın Əmək Statistikaları Bürosunun aprel ayı üçün istehlak qiymətlərinin gözləniləndən yüksək olduğunu bildirməsindən sonra müşahidə olundu:

"Global inflyasiya Federal Ehtiyat Sistemini və digər mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur etdi. Təhlükəsiz liman axtaran investorlar üçün tez-tez dalğalanan Bitcoin çox riskli göründüyündən onlar pullarını bu bazardan geri çəkməyə başlayan kimi kriptovalyutalar ucuzlaşmağa başladı".

Qubad İbadoğlu qeyd edib ki, Bitcoin-in düşməsi Dow və Nasdaq-ın, eləcə də S&P 500-ün son bir ildə ən aşağı səviyyəsinə çatmasından sonra baş verdi:

"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində inflyasiya, tədarük zənciri problemləri və neft qiymətlərini bahalaşması, Çində COVID-19 epidemiyası fonunda yavaşlayan artım maliyyə narahatlıqlarına da səbəb olur. Bəzi analitiklər Bitcoin-in qiymətinin aşağı düşəcəyini proqnozlaşdırırlar, lakin hələlik bazarda nisbi sabitləşmə vardır".

Mehman
Xəbəri paylaş