Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft və Sənaye Universiteti tələbələri üçün yay təcrübə proqramlarının təşkil ediləcək

Neft və Sənaye Universiteti tələbələri üçün yay təcrübə proqramlarının təşkil ediləcək


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Universitetin rektoru Mustafa Babanlı imzalayıblar.

Newscenter.az xəbər verir ki, memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkili, tədris müəssisəsini xüsusi fərqlənmə ilə bitirmiş məzunların işlə təmin olunması ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması, Universitetdə “karyera günləri”nin keçirilməsi məsələləri də əks olunub.

Sevinc
Xəbəri paylaş