Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəfərxan kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Fuad Məmmədov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlərdən danışıb. O, bildirib ki, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmalı, dərhal müəllimlərinizə, valideynlərinizə və polisə məlumat verməlisiniz.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mehman