Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib

ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Proqramı ilə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və ÜST-nin həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisləri Azərbaycana səfər edib.

Newscenter.az xəbər verir ki, sSəfər çərçivəsində yerli səhiyyə qurumları və tərəfdaşların iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin aralıq baxışına dair 10-13 may 2022-ci il tarixləri arasında müzakirələr aparılıb.

Tədbirdə TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, eyni zamanda Aparatın məsul şəxsləri iştirak edib.

Qeyd edək ki, keçirilmiş müzakirələrdə Azərbaycanda COVID-19 pandemiyasına qarşı dayanıqlı cavab potensialının təkmilləşdirilməsi, ölkə səviyyəsində koordinasiya, planlaşdırma və monitorinq, xəstələrin idarə edilməsi, innovativ yanaşmalar haqqında biliklərin bölüşülməsi və son tədqiqatlar, epidemioloji nəzarət, kontaktların araşdırılması və izlənməsi, habelə nəzarət və infeksiyanın qarşısının alınmasını əsas götürülüb.

Mehman
Xəbəri paylaş