Gürcüstanda 4,5 maqnitudalı zəlzələ baş verib.
Newscenter.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 21:14-də qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonunun Sameba kəndi yaxınlığında olub.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.