Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli Quba şəhərində vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından ümumilikdə 25 vətəndaş iştirak edib.
Müraciətlər əsasən işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, ictimai işlər və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri üzrə sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 17 may 2022-ci il tarixdə Sumqayıt şəhərində keçiriləcək. Qəbulda Sumqayıt şəhəri, Abşeron və Xızı rayon sakinləri iştirak edə bilər. Qəbula yazılmaq üçün sakinlər 16 may saat 14:00-dək 055-900-18-29, (018) 64-2-19-07 telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə bilərlər.
Sevinc