Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Özün yarat" müsabiqəsinin qalibləri mükafatlandırıldı

"Özün yarat" müsabiqəsinin qalibləri mükafatlandırıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Heydər Əliyev Mərkəzinin parkında “Ozun Yarat” müsabiqəsinin açıq havada Mükafatlandırma mərasimi keçirib. Tədbirdə “Özün Yarat” müsabiqəsinin seçilmiş iştirakçıları əl işlərini nümayiş etdiriblər.

Newscenter.az xəbər verir ki, “Özün Yarat” müsabiqəsi (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (Aİ) tərəfindən həyata keçirilən #EU4Climate regional layihəsi çərçivəsində təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd tullantıların azaldılması və ətraf mühitin qorunması üçün insanları yaradıcı həllər axtarmağa sövq etməkdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Michalko və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini xanım Çaru Bist iqlim dəyişikliyi ilə bağlı ölkədə görülən işlərə aid fikirlərini bildiriblər.

“Yediyimiz qida, nəfəs aldığımız hava, içdiyimiz su və iqlim şəraiti, planetimizi yaşamaq üçün əlverişli edən bütün bu amillər hamısı təbiətin bizə bəxş etdiyi nemətlərdir. Öz qayğımıza qalmaq üçün ilk növbədə təbiətə qayğı göstərməliyik,” Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini cənab Rauf Hacıyev bəyan edib.

“Sıfır tullantı və sıfır emissiya ilə dairəvi iqtisadiyyatın yaradılması Avropa İttifaqının Yaşıl Sazişinin əsas məqsədi və onun Avropanı 2050-ci ilə qədər dayanıqlı və iqlimə neytral etmək ambisiyasıdır –EU4Climate layihəsi Azərbaycandakı tərəfdaşlarımıza Aİ və ən yaxşı beynəlxalq təcrübə ilə Paris razılaşması üzrə öhdəliklərini yerinə yetirməkdə dəstək verir. Yaradıcılığı və bacarıqlılığı ilə canlı vətəndaş cəmiyyəti Paris məqsədlərinə çatmaqda, yəni iqtisadiyyatımızın və həyat tərzimizin transformasiyasını “aşağıdan yuxarıya” aparmağa kömək etməkdə əsas rol oynayır. Bugünkü müsabiqədə təqdim olunan tullantıların azaldılması və təkrar emalı üçün böyük ideyalar və konsepsiyalar bizim daha geniş və daha səmərəli istifadə etməli olduğumuz bu potensialı nümayiş etdirir. Bütün iştirakçıları və təşkilatçıları yüksək uğurlu tədbirə görə təbrik edirəm”, - deyə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab Peter Mixalko bildirib.

“Biz Azərbaycan hökumətinin BMT-nin 2030-cu il Gündəliyinə qoşulması ilə üzərinə götürdüyü Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərdiyi səyləri alqışlayırıq və hər cür dəstəyi verməyə hazırıq. Prioritet məqsədlərdən birinə - iqlim dəyişikliyinə qarşı fəaliyyətlərə nail olmaq üçün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Dördüncü Milli Bəyanatı uğurlu əməkdaşlığımızla hazırlanıb. EU4Climate regional layihəsi ölkənin iqlim risklərinə davamlı, enerjiyə qənaətcil və təbii resursları dayanıqlı şəkildə idarə edən daha yaşıl, dairəvi iqtisadiyyata keçidini asanlaşdırmağa kömək edir”, - BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin müavini xanım Çaru Bist bildirib.

Builki “Ozun Yarat” müsabiqəsinə 250-dən çox iştirakçı qatılıb. Qiymətləndirmə prosesi nəticəsində 30-a yaxın iştirakçı orijinallıq, ümumi vizual təəssürat, keyfiyyət və texniki bacarıq əsasında mükafatlandırma üçün seçilib. Müsabiqə meyarlarına ən uyğun ilk 3 qalibə 1500, 1000 və 500 AZN məbləğində çek verilib. Digər qaliblərə həvəsləndirici mükafatlar və sertifikatlar təqdim olunub.

Sevinc
Xəbəri paylaş