Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq Bərpa Mərkəzinə xüsusi avadanlıqlar təqdim edilib

Uşaq Bərpa Mərkəzinə xüsusi avadanlıqlar təqdim edilib


K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Uşaq Bərpa Mərkəzində (UBM) ianə mərasimi keçirilib.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, mərasimdə Macarıstanın Azərbaycandakı Səfirliyi və “Nargis Fondun”un birgə təşəbbüsü ilə Uşaq Bərpa Mərkəzinə uşaqların reabilitasiyası üçün xüsusi avadanlıqlar hədiyyə edilib.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi, Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Mihaly Gruber, “MOL Azerbaijan”ın direktoru Atilla Somfai, “Nargis” jurnalı və fondunun hüquqşunası Nərmin Məmmədova, TƏBİB-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d. Allahverdi Musayev və ETPİ UBM-in Baş həkimi Cəmilə Talıbova iştirak edib.

Qonaqlar Uşaq Bərpa Mərkəzinin fəaliyyəti ilə tanış olub, müalicə alan uşaqlar və onların valideynlərilə profilaktik söhbətlər aparıblar.

Qeyd edək ki, uşaqların reabilitasiyası üçün verilən hədiyyələr dekabrın 15-də Macarıstanın Azərbaycandakı Səfirliyi və “Nargis Fondun”un birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkasında toplanan ianələr əsasında həyata keçirilib.

Sevinc
Xəbəri paylaş