Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan birinciliyi ağırçəkili idmançıların mübarizəsi ilə başa çatıb

Azərbaycan birinciliyi ağırçəkili idmançıların mübarizəsi ilə başa çatıb


May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

Newscenter.az xəbər verir ki, yarışın son günündə yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.

Yaşı 15-ə qədər atletlərdə 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.

Yaşı 17-yə qədər atletlərdə isə 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.

Oruc
Xəbəri paylaş