"Bakıda dünənki icazəsiz aksiyanın ardınca Britaniyanın Azərbaycandakı Səfirliyinin öz üzərinə "ədalət jandarmı" missiyası götürmək cəhdləri təəccüb və təəssüf doğurur. Səfirliyin yaydığı rəsmi mövqenin yalnız bu qisminə qatılaraq mən də hesab edirəm ki, "dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır." Lakin, Avropa hüquq məkanında da qəbul olunan təcrübəyə uyğun olaraq söhbət yalnız və yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlər çərçivəsində, icazəli aksiyadan gedə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili qeyd edib ki, səfirliyin bəyanatında icazəsiz aksiya ilə bağlı digər ifadələri başdan-başa siyasi riyakarlıq və cəmiyyətdə qarşıdurma yaratmaq cəhdi kimi qiymətləndirir, Millət vəkili hesab edir ki, "bloqer və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri" süni şəkildə siyasiləşdirərək dövlətin üzərinə məsuliyyət qoymaq niyyətini Britaniya-Azərbaycan münasibətlərinin ruhuna zidd özfəaliyyət və siyasi diversiya cəhdidir:
"Eyni zamanda bəyanatda da ifadə olunmuş "bütün zorakılıq iddialarının hərtərəfli şəkildə araşdırılmalı olması" fikrini dəstəkləyərək, insan hüquqlarının universal xarakter daşıması prinsipini rəhbər tutaraq Səfirliyi Britaniya polisinin özünün son illərdə törətdiyi çoxsaylı zorakılıq aktlarına diqqət yetirməyə çağırıram".
Mehman