Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada pandemiya ilə bağlı vəziyyət yenidən ağırlaşır

Dünyada pandemiya ilə bağlı vəziyyət yenidən ağırlaşır


Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır.

Bu barədə Newscenter.az ayrı-ayrı ölkələrin COVID-19-la bağlı statistikasına istinadən xəbər verir.

Ümumiləşmiş məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 520 918 071 nəfərə çatıb.

Pandemiya ərzində dünyada 6 287 800 nəfər COVID-19-un qurbanı olub, virusa yoluxmuş 475 341 125 nəfər sağalıb.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ (84 209 473), Hindistan (43 121 022), Braziliya (30 682 094), Fransa (29 160 802), Almaniya (25 774 509) və Böyük Britaniya (22 159 805) ilk yerləri bölüşür.

Birləşmiş Ştatlar həmçinin COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir. ABŞ-da pandemiya ərzində 1 026 646 koronavirusun qurbanı olub.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Anar TAGIYEV
Xəbəri paylaş