Qarabağın incisi Şuşanın erməni işğalından azad edilməsindən sonra sayca ikinci, ümumən isə beşinci dəfə keçirilən "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başa çatdı. Mayın 12-14-ü tarixlərində baş tutan bu dəfəki festival həm də beynəlxalq əhəmiyyət daşıyırdı və dünyanın 10-a yaxın ölkəsindən folklor qrupları tədbirdə iştirak edirdi.
V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında diqqət çəkən məqamlardan biri də Tacikistan xaric olmaqla, festivalda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən nümayəndələrin iştirak etməsi oldu.
Newscenter.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, KTMT üzv ölkələrinin V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında iştirakı Ermənistanda ciddi narahatçılıq yaradıb və əslində bu narahatçılıq da başadüşüləndir:
"Çünki Tacikistandan başqa bütün KTMT üzvlərinin V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında iştirak etməsi, Ermənistana qarşı "yumşaq gücün ən ağır zərbəsi" idi".
Mehman