Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Tebbun çərşənbə axşamı İstanbulda keçiriləcək Türkiyə-Əlcəzair İş və İnvestisiya Forumuna sədrlik edəcəklər.