Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli verib. O bildirib ki, Rəşad Camalov eyni zamanda"Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Venesuela küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdir.
Rəşad Camalov 2020-ci il Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi.
Cavanşir Həsənlinin bildirdiyinə görə, mərhum nazirin oğlu Rusiya vətəndaşlığı təsbit edən pasportunu 2006-cı Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb. Bildiyimə görə bundan sonra hətta DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.