Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.
“Mariupol, “Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”-deyə, Andryuşenko bildirib.