Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq icra başçısının oğlu biznesini Rusiyaya köçürüb

Sabiq icra başçısının oğlu biznesini Rusiyaya köçürüb


Mingəçevir və Zərdab Rayon İcra hakimiyyətlərinin keçmiş başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadə atasının vəzifəsindən azad edilməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib. O bildirib ki, Babəli Babazadə ötən il Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (ООО ЛИГА-СТРОЙ) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. "Liqa-Stroy" Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.

Lütvəli Babayevin oğlu atası Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən Azərbaycanda "BLB" MMC təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət - "TOP POİNT" MMC 2014-cü ilin dekabrında Lütvəli Babayevin ailə üzvlərindən Rübabə Babayevanın adına təsis edilib.

Cavanşir Həsənli qeyd edir ki, hər iki MMC akademik Mirəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatdadır. Babəli Babazadənin Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikdirdiyi haqda daha əvvəl məlumat paylaşılıb.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Xəbəri paylaş