Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son yarış gününün ilk qaliblər məlum oldu

Son yarış gününün ilk qaliblər məlum oldu


May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günüdür. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Bu gün yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək.

Newscenter.az-a Azərbaycan Ağır Atletika Federasiyasından bildirilib ki, artıq ilk çempionlar bəllidir. Yaşı 15-ə qədər oğlanların 73 kq çəki dərəcəsində mübarizəsində toplam 183 kq (78+105) nəticə göstərən Bakı idmançısı Yaşar Qurbanov, yaşı 17-yə qədər oğlanların 73 kq çəki dərəcəsində isə toplam 232 kq (97+135) Lənkəran idmançısı Emin Əkbərov qızıl medala sahib çıxıb.

Oruc
Xəbəri paylaş