Türkiyədə səfərdə olan qazilərimiz dünən “Alanyaspor”-“Qaziantepspor” futbol maçı öncəsi meydanda Alanya Spor Futbol Klubunun Prezidenti ilə görüşüblər.
Newscenter.az xəbər verir ki, klubun prezidenti qazilərlə Qarabağ Zəfəri ilə bağlı səmimi fikirlərini bölüşüb və hər birinə qarşılanma hədiyyəsini şəxsən təqdim edib. Oyun başlayanda futbolçular meydana üzərində Azərbaycan Türkiyə dostluğuna həsr edilən “Birlikdəyik, güclüyük!” yazısı əks olunan xüsusi formada çıxıblar.
“Alanyaspor”-“Qaziantepspor” futbol maçı Alanyanın 3-0 hesablı qələbəsi ilə sona çatıb. Qələbə Azərbaycanın qəhrəman qazilərinə həsr olunub.
Qeyd edək ki, “Çiyin-çiyinə bir yumruq kimi” layihəsi "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Sevinc