"Azərbaycan və Türkiyə münasibətləri İkinci Qarabağ müharibəsilə artıq yeni reallığı ortaya qoymaqla yanaşı, həm də yeni bir mərhələyə qədəm qoydu. Bu reallığın və yeni mərhələnin müəllifləri heç bir şübhəsiz Azərbaycandan Prezident İlham Əliyev, Türkiyədən isə Prezident Rəcəb Tayib Ərdoğandır".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib ki, bu gün həm Azərbaycanın, həm də Türkiyənin yüksək inkişafı və həm regionda, həm də regionla bağlı dünyada söz sahibinə çevrilməsi ilə yanaşı, səmimi olaraq yaxınlaşmaları, həm İkinci Qarabağ müharibəsi kimi dar gündə, həm də Zəfər paradımız kimi xoş gündə bir yerdə olmaları bir çox bədxah, qaragüruh və məkrli quvvələri ciddi şəkildə narahat edir:
"Prezident İlham Əliyevin ən ali və yüksək qonaq qismində Rizə-Artvin hava limanının açılışı ilə bağlı möhtəşəm tədbirdə Türkiyə Prezidentinin dəvətiylə iştirak etməsi və möhtəşəm çıxışı və bu çıxışa, o çıxışdakı ciddi mesajlara minlərlə iştirakçı tərəfindən gurultulu alqışlarla cavab verilməsi növbəti bir tarixi hadisə oldu. Bu görüş İkinci Qarabağ müharibəsindən sonra keçirilən Zəfər Paradımız, Şuşa Bəyannaməsi, İstanbulda Türk dünyası liderlərinin Türk Dövlətləri Təşkilatı yaratmaları ilə bağlı son görüşü və Qarabağın hava qapısı olan Füzuli Hava Limanının açılışı ilə bağlı görüşlərdən sonra ən möhtəşəm hadisə oldu. Hələ qarşıda Zəngilan Beynəlxalq Hava Limanının açılışı və orada da Azərbaycan və Türkiyə liderlərinin görüşü və ciddi mesajları var".
Mehman