Bakı şəhərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiq arasında ikitərəfli görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında mövcud iqtisadi, elmi və texniki əlaqələr müzakirə olunub.
Newscenter.az-a daxil olan xəbərə görə, Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın səmərəli platforma olduğu vurğulanıb.
Eyni zamanda Komissiyanın 10-cu iclasının və Azərbaycan – Avstriya Biznes Forumunun təşkilinin əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən həmsədri Rəşad Nəbiyev və Avstriya tərəfindən həmsədri Franz Vessiqdir.
Sevinc