Anti-Azərbaycan dairələrinin ölkəmiz üçün ayırdığı qrantlar məhz etirazlar üçündür, ona görə bir qrup şəxs, onlara xaricdən gələn tapşırıqlara əsasən dünən qanunsuz aksiya həyata keçirdilər. Maddi vəsaitlar qarşılığında xaricdən gələn əmrləri icra etmək, ölkədə qarışıqlıq yaratmağa cəhd etmək öz vətənini satmaq deməkdir.
Qanunsuz aksiyada iştirak etmək vətəndaşın konstitusion hüququ deyil, bu bir cinayətdir, öncədən qanunsuz aksiyaları təşkil edənlər, orda iştirak etməsi etimal olunanlar Polis tərəfindən saxlanılarsa əgər, bu qanun pozuntusu deyil, cinayətin qarşısını öncədən almaqdır. Heç bir aksiya zamanı (istər qanuni, istərsədə qanunsuz) zəmanət yoxdur ki, günahsız şəhər sakinlərindən ölən və yaralananlar olmayacaq, ətrafa zərər dəyməyəcək ona görə qanunsuz aksiyaların qarşısını almaq, etimal olunan cinayətlərin qarşısını almaq deməkdir. Hələ baş verməyən cinayətə hazırlığın özü, cinayət sayılır. Qanunsuz aksiya istəyindən artıq görsənir ki, bunu istəyən şəxs/şəxslər cinayətə meyillidirlər.
Bakının mərkəzində keçirilən bu qanunsuz aksiya təsadüfən şənbə günü və saat 15:00-a təyin edilməmişdi, şənbə və bazar günləri, əsasən günün ikinci yarısında şəhərin mərkəzində izdiham yaşanır. Bu aksiyanı təşkil edənlər şəhərin mərkəzində bunun keçirilməsini ona görə təyin etmişdilər ki, şəhər sakinlərinə qarışaraq sayları suni şəkildə çox görünsün. Belə olan halda yaxşı olardi ki, əhali mümkün qədər onlar olan ərazilərdə olmasın, müvəqqəti o ərazilərdən keçməsinlər, qoy onların video kadrlarına düşməsinlər. Onlar video çəkilişlər aparan zaman daha çox insanlar kadrlara düşsün istəyirlər, fərqi yoxdur onlar üçün çəkilişə düşən etirazçıdır, yaxud həmin ərazidən təsadüfən keçən vətəndaş. Qəsdən öncədən adınıda "dinc aksiya" qoyurlar ki, aksiyaya gəlmək istəyənlər çəkinmədən gəlsinlər. Ancaq məqsədləri əvvəlcədən dinc aksiya keçirmək olmur. Digər ən başlıca məqsədləri planlı şəkildə Polisi qıcıqlandırıb, təxribat törədərək kameralar önündə Polis tərəfindən kobud rəftara məruz qalmalarını istəyirlər, Polisin sakit reaksiyası onları qıcıqlandırır, daha da radikal olur, təhqirlərə yol verirlər. Ancaq Azərbaycan Polisinin səbirini və peşəkarlığını bütün Avropa gördü, onlar istədiklərinə nail ola bilmədilər.
Bir sıra insanlar, bir neçə gün öncədən var gücləri ilə çalışırdılar ki, bu qanunsuz aksiyaya mümkün qədər çox insan gəlsin, ancaq buna nail ola bilmədilər. Əvvəl "dinc yürüyüş" keçiriləcək deyilsədə, aksiya zamanı biz onların əllərində tərbiyəsiz sözlər yazılmış plakatlar gördük və xanımların qışqırıb-bağıraraq kobud ifadələr işlətdiyinin şahidi olduq. Azərbaycan kişisinə yaraşmayan yazılar yazılmış plakatları əldə tutmaq, Azərbaycan qadınına yaraşmayan rəftar, ictimai yerdə qışqırıb-bağıraraq kobud ifadələr səsləndirmək təxribat idi, yaranmış gözlənilməz vəziyyətdə Azərbaycan Polisinin möhtəşəm peşəkarlığı və səbirini hərkəs gördü. Azərbaycan Polisi əsil Azərbaycan kişisinə yaraşan tərzdə rəftar etdi, ancaq aksiya iştirakçılarının bir çoxunun hərəkətləri Azərbaycan kişisinə və qadınına qətiyən yaraşan hərəkətlər deyildi. Avropada belə qanunsuz aksiyalar zamanı Polis aksiya iştirakçılarına dəyənəklə ağır zərbələr endirir, vurulan zərbələrdən hiss olunur ki, vətəndaşın ölüb-ölməməsi Polis üçün zərrə qədərdə önəmli deyil.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqlər üçün Qaradağ rayonundakı stadionun ərazisini ayırıb, ölkənin istənilən yerindən ora getmək rahatdır, ərazisi genişdir. Bu insanlar ora niyə getmirlər heç kəsə sirr deyil, çünkü sayları azdır, şəhərin mərkəzində istirahət edən əhaliyə qarışaraq, suni saylarının çox olmasını təmin edə bilirlər video çəkilişləri üçün. Avropa dövlətlərində (əsasən daha çox özünə demokratik dövlət deyən dövlətlərdə) qanunsuz aksiyalar zamanı Polisin əmrinə tabe olmayan vətəndaşlara qarşı Polis ən sərt addımı atır, həmin aksiyalar zamanı ölən və ən ağır formada bədən xəsarətləri alanlar olur, geridönməz sağlamlığını itirənlər olur. Biz sosial şəbəkələrdə izləyirik Avropa ölkələrində Polislər xüsusi öyrədilmiş itlərlə vətəndaşların üzərinə gedirlər, həmin itlər necə vətəndaşları qapır, üz-gözləri qan içində olan vətəndaşlar görürük.
Sonda nəticə etibarı ilə aksiya fiaskoya uğradı, belə də gözlənilirdi. Ən yadda qalan və uğurlu məqam o idi ki, Azərbaycan Polisinin öz şərəfli peşə fəaliyyətində necə mərd-mərdanə xidmət apardığının şahidi olduq, bunu öz vətəndaşlarının üzərinə xüsusi öyrədilmiş itlərlə gedən, vətəndaşlarını dəyənəklə döyən, öldürən Avropa dövlətləri də görmüş oldu. Azərbaycanda bu kimi aksiyalar hər zaman uğursuz olub və olacaqdırda, çünkü ölkədə güclü Xalq-İqtidar birliyi var və xalq öz lideri prezident İlham Əliyevə qarşı qəlbində xüsusi sevgi bəsləyir. Azərbaycan xalqı vəfalı xalqdır, öz liderinə sadiq xalqdır.
Mircalal Mehdiyev
Lənkəran rayon Moğonojoba kənd sakini.