Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda “Qarabağ Azərbaycandır” kitabının təqdimatı keçirilib-FOTOLAR

Qazaxıstanda “Qarabağ Azərbaycandır” kitabının təqdimatı keçirilib-FOTOLAR


Qazaxıstanın Almatı şəhərində bu ölkədə yaşayan həmvətənimiz Rövşən Məmmədoğlunun “Qarabağ Azərbaycandır” adlı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş şeirlər toplusunun təqdimat mərasimi keçirilib.

Newscenter.az Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfirliyinə istinadən xəbər verir ki, təqdimat mərasimində səfir Ağalar Atamoğlanov da iştirak edib.

Təqdimat mərasimində çıxış edən səfir Şuşa ilində sözügedən kitabın təqdimatının keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Ağalar Atamoğlanov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı altında ordumuz qələbə çalaraq, 28 il işğal altında olan torpaqlarımızı azad etdi:

"Bu kimi kitabların nəşr edilməsi gənclərimizdə vətənpərvərlik hisslərinin və əldə etdiyimiz tarixi qələbənin möhkəmləndirilməsinə xidmət edir".

Sonda diplomat kitabın müəllifinə və qardaş Qazaxıstanda yaşayan bütün həmvətənlərimizə Azərbaycanın haqlı mövqeyinin çatdırılmasında daim fəal olmaqlarını arzulayb.

Mehman
Xəbəri paylaş