Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Qobu və Hökməli qəsəbələrinə içməli su fasilə ilə veriləcək

Sabah Qobu və Hökməli qəsəbələrinə içməli su fasilə ilə veriləcək


Bu gün axşam saatlarından və sabah gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. Newscenter.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, buna səbəb magistral su xəttində baş vermiş qəza ilə əlaqədar təmir işlərinin aparılmasıdır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Sevinc
Xəbəri paylaş