Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Radikal müxalifətin keçirdiyi mitinq həmişəki kimi fiaskoya uğradı

Sədaqət Vəliyeva: Radikal müxalifətin keçirdiyi mitinq həmişəki kimi fiaskoya uğradı


Bakıda, şəhərin mərkəzində qanunsuz mitinq keçirməyə cəhd edən radikal müxalifətin bu istəyi də həmişəki kimi fiaskoya uğradı, biabırçılıqlarla yadda qaldı. Heç bir real əsas və səbəb olmadan, guya Azərbaycanda müxalif siyasi nümayəndələrin təqib edilməsi, onlara hücumlar olunması bəhanəsi ilə təşkil olunmuş bu mitinq xalq tərəfindən boykot edildi. Mitinqin istirahət günü, şəhərin mərkəzində keçirilməsi insanların istirahətinə mane olmaqla yanaşı cəmiyyət tərəfindən haqlı narazılıqlara səbəb oldu.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkəmizdə bütün azadlıqlar ən yüksək səviyyədə qorunur və heç bir şəxs öz siyasi, dini və digər baxışlarına görə təqiblərə məruz qalmır:

“Baş verən bütün hallar qanun çərçivəsində obyektiv olaraq araşdırılır, öz həllini tapır. Araşdırılmamış, heç bir faktlara əsaslanmayan bir məsələni şişirtmək, dövləti günahlandırmaq və buna görə də insanları mitinqə səsləmək radikal müxalifətin köhnə və həmişəki peşəsidir.”

Xalqımız, anti-Azərbaycan qüvvələrin əlində oyuncağa çevrilən və ölkəmizin uğurlarını həzm edə bilməyən radikal müxalifətə hər zaman nifrət etmiş, heç vaxt onları dəstəkləməmişdir. – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Azərbaycan xalqı öz prezidentini sevir, dəstəkləyir və onun ətrafında sıx birləşib:

“Ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Heç bir qüvvə bu birliyi poza bilməz.”

Ruhiyyə
Xəbəri paylaş