"Məhz Heydər Əliyevin rəhbərliyi ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilmişdi. Bu məscidin taleyi çox ağır olub"
Newscenter.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrinin bölüşərkən səsləndirib. QMİ sədri qeyd edir ki, mərhum prezidentin vaxtilə SSRİ rəhbərliyində olarkən Kommunist partiyası Siyasi Bürosunun gizli qərarları barədə onunla müzakirələr apardığını açıqlamışdı:
“Mənə hər dəfə deyirdi ki, xüsusən İslamın qabağını almaq istəyirlər, amma xristianlara dəymirdilər. Kommunist Partiyasını Siyasi Bürosunun qərarları, kommunist tendensiyası öz təsirlərini göstərdi. Məscidlərimiz dağıldı, alimlərimiz Sibirdə çürüdü, kitablarımızı yandırdılar, basdırdılar. Amma imanımızı basdıra bilmədilər. Çünki bizim Heydər Əliyev kimi oğullarımız vardı”.
Mehman