Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır

Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır


"Bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycn Biznes Forumunda Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ölkəmizdəki biznes mühiti və investisiya imkanları müzakirə olundu".

Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Jalə Əhmədovanın Biznes Forum barədə fikirlərində əksini tapıb. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, InvestBaku və AZPROMO-nın təşkilatçılığı ilə mayın 17-də Bakı şəhərində baş tutan Biznes Forumda iştirak etdiyini vurğulayan millət vəkili qeyd edib ki, tədbirə İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldinin dəvəti ilə qatılıb.

"Onu da qeyd edim ki, Aİ-nin 2021-ci ildə Azərbaycanın işgüzar mühiti ilə bağlı araşdırmasına əsasən, Avropa müəssisələrinin 54 faizi Qarabağ və Şərqi Zəngəzura investisiya qoymaqda maraqlıdır".



Ruhiyyə
Xəbəri paylaş