Xəzər dənizində istehsal olunan elektrik enerjisinin Avropaya satılması ilə bağlı danışıqlar aparılır.
Newscenter.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xəzər dənizində elektrik enerjisi çoxdur: "Avropa-Azərbaycan Enerji Dialoqu var, buna yaşıl enerji koridoru da deyirik. Danışıqlar Avropa-Azərbaycan Enerji Dialoqu çərçivəsində müxtəlif şirkətlərlə aparılır".