Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qida itkisi və israfının qarşısının alınması üzrə strateji prioritetlər təyin edir

Azərbaycan qida itkisi və israfının qarşısının alınması üzrə strateji prioritetlər təyin edir


Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, dövlət rəsmiləri, əsas özəl sektor iştirakçıları, vətəndaş cəmiyyəti təşkilatlarının və elmi müəssisələrrin nümayəndələri bu gün ölkədə qida itkisi və israfının qarşısının alınması və azaldılması strategiyasını təsdiqləmək məqsədilı bir araya gəlmişlər.

FAO, Qİİ (Qida İtkisi və İsrafı)-nın dərin təhlilinin aşkar etdiklərinin və nəticələrinin Azərbaycanda əsas milli maraqlı tərəflərə təqdim edilməsi və Azərbaycanda qida itkisinin qarşısının alınması, azaldılması və monitorinqi üzrə Milli Strategiyanın layihəsinin irəli sürülməsinin müzakirə edilməsi və təsdiqi məqsədilə tam günlük məsləhət seminarı təşkil etmişdir.

Newscenter.az xəbər verir ki, seminar, ölkəyə xas kontekstin qida itkisi və israfının, o cümlədən onun səbəbləri və təsirlərinin, Azərbaycanda Qİİ-nin idarə edilməsinə təsir edən mövcud siyasi və hüquqi çərçivələrin FAO tərəfindən dəyərləndirilməsi ilə başlayan strategiyanın formalaşdırılması prosesini yekunlaşdırmışdır. Strategiya, seminar iştirakçılarından əldə edilmiş və gələcəkdə tətbiq edilmək məqsədilə təsdiqlənmiş fikir və tövsiyələrə müvafiq yekunlaşdırılacaq.

“Bu strategiyanın həyata keçirilməsi, Azərbaycanda milli qida sisteminin səmərəliliyinin artırılmasına töhfə verəcək”, - FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak izah edərək demişdir, “bu da öz növbəsində daha yaxşı ərzaq və qida təhlükəsizliyini təmin edəcək və gücləndirilmiş gəlir və dolanışıq vasitəsilə kiçik və orta istehsalçılara fayda verəcəkdir.” O, sözünı belə davam etmişdir: “Uzun müddətdə strategiya, əhalinin və gəlirlərin artması, urbanizasiya və dəyişən istehlak üstünlükləri və nümunələri səbəbindən istehsalın artması məqsədilə iqlim dəyişikliyinə milli töhfəni və milli ərzaq sisteminə təzyiqi azaltmağa kömək edəcək.”

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova giriş sözü ilə seminarı açaraq strategiyanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfələrdən söz açmışdır: ““Dövlətin DİM-in 12.3-cü Məqsədinə nail olmaq öhdəliyinə müvafiq olaraq, strategiya, bütün maraqlı tərəflərin ölkədə qida itkisini və israfını azaltmaq üzrə cəhdlərini artırmalarını və qətiyyətlə fəaliyyət göstərmələrini dəstəkləyəcək və onları səlahiyyətləndirəcəkdir”, deyə o, izah etdi.

Azərbaycanın strategiyası tərəfindən təqdim edilən yanaşma, qida tədarükü zəncirinin bütün mərhələlərinə - istehsal, emal, paylama və istehlak dövrünə diqqət yetirməklə Qİİ-ni azaltmağa yönəldilmişdir. Strategiya, həmçinin qida istehsalına sərmayə qoyulan resursların təmin olunması və optimallaşdırılmasına şərait yaradan dairəvi dəyər zəncirinə keçidi dəstəkləyir.

Bundan əlavə, strategiyaya Qİİ idarə edilməsinin tənzimlənməsinin təkmilləşdirilməsi, qida tədarük zəncirlərinin səmərəliliyinin artırılması, qida məhsullarının bərpası və yenidən bölüşdürülməsi sisteminin yaradılması, problemin qarşısını almaq məqsədilə qida dəyər zənciri iştirakçıları və ictimaiyyət arasında məlumatlılığın artırılması və Qİİ-yə nəzarət etmək, ölçmək və hesabat vermək məqsədilə milli potensialın gücləndirilməsi tədbirləri daxildir.

Milli seminar, FAO-Türkiyə Qida və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində həyata keçirilən FAO-nun “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə qida itkisi və israfının azaldılması” layihəsi çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil olunmuşdur və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən maliyyələşdirilimişdir.

Layihə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda qida itkisi və israfını azaltmaq məqsədilə milli strategiyaların və fəaliyyət planlarının işlənib hazırlanmasına və tətbiq edilməsinə yardım edir.

Sevinc
Xəbəri paylaş